Cümə axşamı , May 9 2024
Ana səhifə / Siyasət / Arif Yunus: “Qohumlarım məni satdı”

Arif Yunus: “Qohumlarım məni satdı”

Yaxın qohumlarım məni satdı. Onlar həbsdə olduğum müddətdə mənim üçün heç yemək də gətirmirdilər. Yeməyi gətirən Azad İsazadə isə heç mənim qohumum da deyil.

 

Report-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında bu gün məhkəmə qərarı ilə ev dustaqlığına buraxılan Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus deyib.

 

“Çox istərdim ki, Leyla da yaxın vaxtlarda azadlığa çıxsın”, – o əlavə edib.

 

Bu gün Bakı Apellyasiya Məhkəməsi A.Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar verib.

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Arif Yunus 7 il, onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Anar Məmmədli ilə bağlı hakimiyyətə çağırış edildi

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbər …

Bir cavab yazın