Müsavat Partiyasında 9-cu qurultaya hazırlıq prosesi sürətlənib.
Oktyabrın 12-də keçirilməsi nəzərdə tutulan qurultayın hesabat-seçki
qurultayı olduğu bildirilir. Qurultayda partiya başqanının, mərkəzi
nəzarət-təftiş komissiyasının hesabatları dinləniləcək. Təşkilati
məsələlərə baxılacaq, partiyanın başqanı, mərkəzi nəzarət-təftiş
komissiyasının üzvləri və sərbəst Məclis üzvləri seçiləcək. Eyni zamanda
proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi
nəzərdə tutulur.
Müsavat
Partiyasının başqanlığına, eləcə də MNTK və Məclis üzvlüyünə namizəd
olmaq istəyən şəxslərin müvafiq ərizə ilə Qurultaya Hazırlıq üzrə
Təşkilat Komitəsinə müraciət etməsinə isə üç gündür başlanıb.
Artıq
iki nəfərin-Müsavat Divanının üzvləri Tofiq Yaqublunun və Yadigar
Sadıqlının Müsavat başqanlığına namizədliklərini rəsmi şəkildə Qurultaya
Hazırlıq üzrə Təşkilat Komitəsinə təqdim etdiyi deyilir. Partiyanın
sərbəst Məclis üzvlüyünə də iddialı şəxslərdən müvafiq ərizə ilə
Təşkilat Komitəsinə müraciət etdiyi əldə etdiyimiz məlumatlar
sırasındadır.
Əsas
seçki mübarizəsinin isə başqanlıq uğrunda keçəcəyi indidən müşahidə
olunur. Hazırkı Müsavat başqanı Arif Hacılı namizədliyini irəli
sürdükdən sonra başqanlıq yarışı xüsusilə ciddi fazaya keçəcək.
Tofiq
Yaqublu və Yadigar Sadıqlı artıq Müsavat Partiyasının rayon
təşkilatlarında görüşlər keçirməyə, öz təbliğatlarını aparmağa
başlayıblar. Tofiq Yaqublu Kürdəmir rayonunda müsavatçılarla görüşüb,
başqan seçiləcəyi halda partiya idarəçiliyini necə həyata keçirəcəyini
düşündüyü barədə fikirlərini partiyadaşlarının nəzərinə çatdırıb.
Yadigar
Sadıqlı isə təbliğat görüşünə doğulduğu Lənkəran rayonundan start
verib. Dünən Yadigar Sadıqlı Lənkəran şəhərindəki evində Müsavatın rayon
təşkilatının üzvləri ilə görüşüb. Görüş başlayan zaman yerli polisin
müdaxilə etdiyi barədə məlumat yayılıb. Məlumatda deyilir ki, rayon
polis idarəsinin mayor rütbəli zabitlərindən biri bu tipli görüşlər və
tədbirlər üçün rayon icra hakimiyyətindən öncədən razılıq alınmalı
olduğunu əsas göstərib.
“Yeni Müsavat”
Ana səhifə / Siyasət / Arif Hacılının rəqibləri rayon müsavatçıları ilə görüşlərə başlayıb – Çəkişmə…
Həmçinin oxuyun
AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə
Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …