Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Araz Əlizadə: “Qudurğan adamlar avtoxuliqanlıqla məşğul olurlar”

Araz Əlizadə: “Qudurğan adamlar avtoxuliqanlıqla məşğul olurlar”

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan millət vəkili Hurşit Yıldırım gecə saatlarında şəhərdəki boşluqdan istifadə edərək, ralli yarışları keçirən və əsasən imkanlı təbəqədən olan avtoxuliqanların mülkiyyətinə əl qoyulmasını təklif edib.
Millət vəkili Araz Əlizadə Sputnik Azərbaycan-a deyir ki, təklif olunan qanun layihəsi çox düzgündür: “Çünki, ancaq qudurğan adamlar belə şeylərlə məşğul olurlar. Bu cür şəxslər o bahalı maşınları özləri qazanıb almayıblar. Ancaq mən satışdan əldə edilən pulun Yol Polisi orqanına yox, ünvanlı kasıb ailələrə bağışlanmasının tərəfdarıyam”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …