Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Aleksandr Dugin erməni tərəfinə: beş rayonu qaytaracaqsınız! – DUGİN

Aleksandr Dugin erməni tərəfinə: beş rayonu qaytaracaqsınız! – DUGİN

Kremlin ideoloqlarından biri, məşhur rusiyalı filosof və publisist Aleksandr Dugin Ermənistanda dərc edilən “Jamanak” qəzetinə müsahibə verib. A.Dugin erməni jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ ətrafında yerləşən beş rayonun qaytarılması məsələsi Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdan gələn göruşündə qaldırılacaq.

Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edən Aleksandr Dugin əmindir ki, “Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət elə bir nöqtəyə çatacaq ki, problemi həll etmək qeyri-mümkün olacaq”.

“Güman edirəm ki, Qarabağın beş regionunun azad edilməsi məsələsi prezidentlərin bu görüşündə qaldırılacaq”, – Dugin deyib.

Qeyd edək ki, bu yaxınlarda Rusiya paytaxtında keçirilmiş “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransı çərçivəsində də Aleksandr Dugin bu iddia ilə çıxış etmişdi.(Virtualaz.org)

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …