Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / ABŞ-da Ermənistana qarşı etiraz aksiyası keçirildi – FOTO

ABŞ-da Ermənistana qarşı etiraz aksiyası keçirildi – FOTO

ABŞ-da yaşayan azərbaycanlılar Vaşinqtondakı Ermənistan səfirliyinin qarşısında aksiya keçirib.

Aksiya iştirakçıları Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlara etiraz edib, şüarlar səsləndiriblər.Eyni zamanda döyüşlərdə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi yad edilib. Onlar daha sonra Azərbaycan səfirliyinə gəliblər.

“Bu gün Azərbaycan Amerika icmasının nümayəndələri xalqımıza dəstək vermək və Ermənistanın təcavüzünə etiraz etmək üçün Vaşinqton şəhərində toplaşdılar. Onları səfirlikdə görməkdən məmnun olduq”, – deyə səfir Elin Süleymanov “Twitter”də yazıb.

Azvision.az

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …