Ana səhifə / Siyasət / Əhməd Davudoğlunun iqamətgahında atışma

Əhməd Davudoğlunun iqamətgahında atışma

İstanbulda “Dolmabahçe” sarayının girişində atışma olub.

Publika.az xəbər verir ki, “Hürriyət”in yazdığına görə, sakinlər həmin ərazidə partlayış səsləri eşidiblər.

Məlumata görə, iki silahlı şəxs sarayın qarşısında dayanan polis əməkdaşlarına atəş açıb. Şahidlər bildirilər ki, həmin şəxslər əl bombası partladıblar.

Bosfor körfəzinin sahilində, İstanbulun əsas turistik ərazisində yerləşən “Dolmabahçe” sarayı həm də Türkiyə baş naziri Əhməd Davudoğlunun iqamətgahıdır. Həmin vaxt baş nazirin paytaxt Ankarada olduğu xəbər verilir…

**

Son məlumatlara görə isə İstanbuldakı “Dolmabahçe” sarayının girişində baş vermiş atışmanın görüntüləri yayılıb.

Türkiyə mediası xəbər verir ki, görüntülər sarayın qarşısındakı təhlükəsizlik kameraları ilə qeydə alınıb.

Məlumata görə, sarayın qarşısına gələn və “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatının üzvü olduqları müəyyənləşdirilən 2 nəfər qumbara atdıqdan sonra polisə silahla atəş açıb. Polislərin cavab atəşi açmasından sonra silahlı şəxslər hadisə yerindən qaçıblar. Atışmada bir polisin yüngül yaralandığı bildirilir.

Təqib olunan terrorçular Almaniyanın İstanbuldakı baş konsulluğunun yaxınlığında saxlanılıb. Onların avqustun 8-də AKP-nin İstanbaldakı qərargahına hücum edən şəxslər olduğu müəyyənləşdirilib.

Həmçinin oxuyun

Rauf Mirqədirov: “Ermənistan bir dövlət kimi “COP29”-a dəvət almalıdır”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında çıxış edərkən Ermənistanın Baş …

Bir cavab yazın