Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Yeni nazir rəisi işdən çıxardı – Vətəndaşın şikayətinə görə

Yeni nazir rəisi işdən çıxardı – Vətəndaşın şikayətinə görə

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Sabunçu Telefon Qovşağının texniki şöbəsinin rəisi Filman Məhərrəmov işdən azad edilib.

Mia.az xəbər verir ki, bunu Trend-ə məlumatlı mənbə deyib.

Bunun səbəbi vətəndaşın şikayəti olub. Belə ki, vətəndaş telefon çəkilişi ilə bağlı qovşağa dəfələrlə müraciət etsə də, ona texniki imkan olmadığı əsas gətirilib və bu xidməti göstərməkdən imtina ediblər. Sabunçu rayon sakininin bu məsələ ilə bağlı rabitə və yüksək texnologiyalar nazirliyinə şikayətindən sonra nazirlik araşdırma aparıb və məlum olub ki, telefon çəkilişinin aparılması üçün heç bir problem yoxdur və vətəndaşın müraciətinə qəsdən müsbət cavab verilmədiyindən rəis işdən azad edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən nöqsanları aşkar olunan onlarla qovşaq və poçt filialı rəislərinə şiddətli töhmət verilib və bir neçəsi işdən azad olunub.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …

Bir cavab yazın