Çərşənbə axşamı , İyul 14 2020
Ana səhifə / Siyasət / Vergilər Nazirliyi Prezidentin qərarını ləğv etdi

Vergilər Nazirliyi Prezidentin qərarını ləğv etdi

Bu gündən etibarən ölkədə aksiz malların plastik kartlarla satışı dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə Vergilər Nazirliyinin müavini Sahib Ələkbərov AZTV-yə müsahibəsində deyib. O qeyd edib ki, sahibkarların ölkə başçısına çoxsaylı müraciətlərini nəzərə alaraq bu qərar qəbul edilib:

“Bu gündən etibarən spirtli içkilərin nağd qaydada satılmasında heç bir problem olmayacaq. Baxmayaraq ki, bütün mağazalarda post terminallar quraşdırılıb, ödəmə məntəqələrinin sayı kifayət qədərdir. Amma insanlarımız buna alışmadılar. Bu məsələni geniş təbliğ etməyə ehtiyac var. Həm də sahibkarlar müraciətlərində spirtli içkilərin sənədləşməsi ilə bağlı problemlərin olduğunu qeyd edib. Bu sənədləşmə işlərinin başa çatdırılması üçün sahibkarların müraciətləri nəzərə alınıb. Bu qərar imkan verəcək ki, sahibkarlar sənədləşmə işlərini başa çatdırsın. Eyni zamanda, bundan sonra  mağazalarda vətəndaşlar həm nağdsız, həm də nağd formada spirtli içkilər ala bilərlər”.

Həmçinin oxuyun

Ordumuz tezliklə Qarabağda olacaq… – ŞƏRH

“Ermənilərin qəfil təxribat törətməsi nəticəsində şəhid olan hərbçilərimizə Uca Yaradandan rəhmət diləyir, yaxınlarına baş sağlığı …

Bir cavab yazın