Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Türkiyəli cərrah Xankəndində erməni ürəklərini əməliyyat edir- Pulsuz!..- Fotolar

Türkiyəli cərrah Xankəndində erməni ürəklərini əməliyyat edir- Pulsuz!..- Fotolar

Qarabağ terrorçu, nankor erməni ürəklərinə dağ çəkəcək Azərbaycan, türk oğullarını gözləyir…
Azərbaycanın işğal altındakı Xankəndi şəhərinə Türkiyə əsilli cərrah Ara Uquryan da təşrif buyurdu.
Moderator.az  bu haqda separatçı rejimə məxsus KİV-ə istinadla xəbər yayıb.  Qondarma rejimin “səhiyyə nazirliyi”nin dəvəti ilə Xankəndindəki tibb mərkəzində fəaliyyətə başlayan həkim bir neçə gün ərzində 10-12 erməninin ürəyini müalicə, yaxud  əməliyyat etməyi planlaşdırır. Avqustun 10-dan artıq müayinə və müalicələrə  başlanıb.
Ara Uquryan bildirib ki, öncədən ilk növbədə arterial hipertenziya simptomları olan xəstələr müalicəyə cəlb edilib. Çünki bu halda yüksək texnologiyalardan istifadə etmək lazım gəlir. Bu məqsədlə cərrah Avstriyadan xüsusi ləvazimatlar da gətirib. Ehtiyac yaranacağı  halda ermənilərin ürəkləri əməliyyat olunacaq.
Xəbərdə qeyd edilir ki, cərrah Ara Uquryan Türkiyədə anadan olub. O, hazırda Avstriyada yaşayıb işləyir və ən yaxşı tibb mütəxəssislərindən biri kimi nüfuz qazanıb.
P.S. Türkiyə prezidenti R.T. Ərdoğanın tez-tez  xatırlatdığı kimi, qardaş ölkədə 100 mindən çox erməni yaşayır. Bəs görəsən, onlardan neçəsi o torpaqların çörəyinin qədrini bilir? Neçəsinin ürəyində Türkiyəyə qarşı sevgi var?..
P.P.S. İşğal altındakı torpaqlarımız terrorçu, separatçı, nankor erməni ürəklərinə dağ çəkəcək Azərbaycan, türk oğullarını gözləyir…

Həmçinin oxuyun

Paşinyan özünü və erməni siyasi elitasını xilas etməyə çalışır

Rəsmi İrəvan döyüş meydanında darmadağın olan ordusunun real vəziyyətindən diqqəti yayındırmaq, öz daxili auditoriyasını sakitləşdirmək …

Bir cavab yazın