Ana səhifə / Siyasət / Salyanda “şilləyumruq” stilində təbliğatçı kimdir?

Salyanda “şilləyumruq” stilində təbliğatçı kimdir?

Rəşad Cəbrayılov “işləri yoluna qoyarıq, keçib gedər” tipli xüsusi “dərkənar”la sanki icra başçısının özünə bir nümunə göstərmiş kimi görünür… Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini, həm də ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılovun son zamanlar kefi kökdən düşüb. Çünki maşallah adından göründüyü kimi, bir düjün vəzifə sahibi olan Rəşad müəllim üzərinə götürdüyü müəyyən məsuliyyəti deyəsən, gərəkli şəkildə gerçəkləşdirə bilmir. Gundelik-Baku.com olaraq, nəzərinizə çatdıraq ki, Rəşad Cəbrayılov uzun müddət rayonun keçmiş və indiki rəhbərliklərinin belə deyək, “şilləyumruq” stilində təbliğat kompanyonu kimi şərəfli bir vəzifə daşıyıb. Rəhbərlik etdiyi şöbənin iş prinsiplərindən iirəli gələn məsələlərin icrasında xüsusi əhəmiyyətlı fəaliyyətə malik olmuş Rəşad Cəbrayılov bu dəfə məcburiyyət qarısında da olsa vaxtilə özünə ustad kimi qəbul etdiyi sabiq icra başçısı Tahir Kərimovun tərəfdarlarının tamamilə sıradan çıxarılması taktikasına önəm verməkdədir. Bu məqsədlərinə nail olmaq üçün mətbuatı da silaha çevirib köhnə bossuna qarşı tuşlamağa hazır görünən Rəşad müəllimin ümidləri haçansa göyərdəcəyinə inananlar isə artmır ki, artmır. Baxmayaraq ki, başçının bu gənc müavini öz nüfuzunun artmasına bütün imkan və bacarıqlarını səfərbər etməkdə davam edir. O da maraqlıdır ki, Salyan rayonunda başçının səlahiyyətinə daxil olan, lakin Rəşad Cəbrayılovun nüfuz dairəsinə aid vacib məsələlər sırasında uzun bir siyahı gördük.Deməli, çox böyük adamdır…İşləri yoluna rahat şəkildə qoymaq kimi problemlərin çözülməsi başçının bu “şilləyumruq” müavini üçün heç də çətin məsələ sayıla bilməz. Rayonda çoxlarına bəllidir ki, başçının qəbul otağna aparan yolları “ərəbzəngi” obrazında qapamaq səlahiyyətində olan yeganə adam varsa da, “işləri yoluna qoyarıq, keçib gedər” tipli xüsusi “dərkənar”la sanki icra başçısının özünə bir nümunə göstərmiş kimi görünür. Bu gün Rəşad Cəbrayılovun qol qoymadığı hər hansı bir məsələnin Salyanda həlli mümkünsüz sayılır kimi doqmatik fikirlərin yayılmasına səbəb olan şəxslətin də sırasına dönüb bir nəzər salan olsa, bu təbliğatın xüsusi məqsədlə maraqlı şəxslər tərəfindən aparıldığını asanlıqla sezər. Məntiqlə belə məqamların Rəşad müəllimin nüfuzuna əlavə performans gətirəcəyini gözləməliydik. Lakin, ehtimal ki, yuxarıda ərz etdiyimiz kimi kefi son zamanlar kefdən düşmüş müavin cənabının barəsində yayılan xoşagəlməz olayların əks-sədası gedib icra başçısına da çatıb…Belə olan halda çatısını halqa edib boynuna keçirmək məcbutiyyətində qalanlar da tapılacaq. Rəşad Cəbrayılovu bu adamların arasında axtarmaq istəsəniz bir zəhmət çəkib bizlərə telefon açın, fikrimizi bildirək… Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …

Bir cavab yazın