Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Polis gücləndirilmiş iş rejimində – PPX və yol polisləri silahlandırılıb

Polis gücləndirilmiş iş rejimində – PPX və yol polisləri silahlandırılıb

Bakı polisi və təhlükəsizlik qüvvələri iki gündür ki, gücləndirilmiş iş rejiminə keçirilib.
Virtualaz.org saytı müxbirlərinin müşahidəsinə görə, paytaxt küçələrində adəti üzrə patrul xidməti aparan Mühafizə Xidməti İdarəsi əməkdaşları gündəlik geyim formasını dəyişərək səhra geyim formasına keçiblər.
DİN Mühafizə Xidməti İdarəsi əməkdaşlarından biri virtualaz.org saytının reportyoru ilə söhbətində bildirib ki, onlar iki gün öncə gücləndirilmiş iş rejiminə keçiriliblər. Rəhbərlik bu qərarın səbəbi barədə onlara heç bir məlumat verməyib.
Dövlət Yol Polisi əməkdaşları da gücləndirilmiş iş rejiminə keçirilib. Onlar xidmətə artıq tabel silahı ilə çıxır.

Həmçinin oxuyun

Erməni lobbisi İlham Əliyevin Almaniyaya səfərində təxribat törətməyi planlaşdırır

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfəri çərçivəsində Kansler Olaf Şoltsun dəvəti ilə aprelin 26-da …

Bir cavab yazın