Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / “İtkin düşənlərin gödəkçələri tapılıb…” – SOCAR-ın vitse-prezidenti

“İtkin düşənlərin gödəkçələri tapılıb…” – SOCAR-ın vitse-prezidenti

“Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar neftçilərin axtarışları davam etdirilir. Təəssüf ki, hələ yeni xəbər yoxdur”.

Bunu “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar keçirilən növbəti mətbuat konfransında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

X.Məmmədov axtarış zamanı ancaq itkin düşənlərin gödəkçələrinin tapıldığını bildirib: “Dağılan, sınan qayığın qalıqları tapılıb. Yanğın qaz quyusunda davam edir, yanğının söndürülməsi üçün tədbirlər görülür. Hava qaraldığı üçün axtarışlar ancaq gəmilər vasitəsi ilə aparılacaq. Çünki, helikopterlərin gecə axtarış aparması həm təhlükəli, həm də effektsizdir”.

mia.az

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …

Bir cavab yazın