Ana səhifə / Siyasət / Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

Bu gün noyabrın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 6-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 5-i ilə müqayisədə 0,0001 manat və ya 0,1% azalaraq 1,0498 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0012 manat və ya 0,11% artaraq 1,1424 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə sabit qalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …

Bir cavab yazın