Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / AMİP-in deputatlığa namizədi MM-in spikerindən şikayət edib

AMİP-in deputatlığa namizədi MM-in spikerindən şikayət edib

Deputatlığa namizədliyi Milli Məclisə Seçkilər üzrə 45 saylı DSK tərəfindən qeydiyyata alınan, AMİP-in irəli sürdüyü namizəd Təbriz Musayev Milli Məclisin sədri Oqtay Əsədovdan Mərkəzi Seçki Komissiyasına şikayət edib.
Həmin şikayətdə deyilir:
“Milli Məclisə seçkilər üzrə namizədliyi 45 saylı Abşeron DSK-dan qeydə alınan Milli Məclisin sədri Oqtay Əsədov təbliğat-təşviqat kampaniyası zamanı vəzifəsindən sui-istifadə edərək, “Seçki Məcəlləsi”nin 88-ci maddəsini pozur. Belə ki, icra strukturları, büdcədən maliyyələşən idarə və müəssəsələrin, nazirliklərin, dövlət qurumlarının işçilərini öz təbliğat-təşviqat kampaniyasına səfərbər etmişdir.İnzibati resurslar onun xeyrinə istifadə edilir.
Seçicilər məcburi qaydada Oqtay Əsədovun görüşlərinə gətirilir.Digər namizədlərə isə təbliğatlarını aparmaq və seçicilərlə görüşlər keçirmək imkanı yaradılmır.Bütün bunları nəzərə alaraq Sizdən xahiş edirəm:
Milli Məclis üzvlüyünə namizədliyi 45 saylı Abşeron DSK tərəfindən qeydə alınan Milli Məclisin sədri Oqtay Əsədovun yol verdiyi qanun pozuntularının qarşısının alınması və bu kobud pozuntulara hüquqi qiymət verilməsi barədə qərar çıxarasınız”.

 

Həmçinin oxuyun

“Nikolu devirsələr də, qüvvələr nisbəti dəyişməyəcək” – Zərdüşt Əlizadə

“44 günlük müharibədən sonra İrəvanda böyük iğtişaşlar başladı. Ermənistanın məğlub olma xəbəri bu ölkənin ictimaiyyəti …

Bir cavab yazın