Ana səhifə / Siyasət / 2 aptekə narkotik tərkibli dərmanlar satmağa icazə verilib

2 aptekə narkotik tərkibli dərmanlar satmağa icazə verilib

“Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyinə müraciət edilib və bu istiqamətdə hazırda müvafiq işlər görülür”.

Bunu lent.az-a açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib.

T.Məmmədhəsənov bildirib ki, güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışı prezident İlham Əliyevin müvafiq 292 saylı fərmanı ilə təsdiqlənmiş həmin dərmanların mülki dövriyyəsini məhdudlaşdıran və dövriyyəsinə xüsusi icazələrin verilməsi qanunu ilə tənzimlənir: “ Fərmana əsasən, narkotik vasitələrə və psixotroplara aid olmayan güclü təsir edənlər və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışı üçün xüsusi icazə Daxili İşlər Nazirliyi tərəfindən verilir. DİN bu işdə Səhiyyə Nazirliyinin də rəyini nəzərə alır”.

T.Məmmədhəsənov deyib ki, bu dərmanların satışı üçün bütün əczaçılıq şirkətlərinə icazə verilməyəcək: “Qanunda da qeyd edilib ki, xüsusi icazələr yalnız aptek lisenziyası olan hüquqi və yaxud fiziki şəxslərə veriləcək. Yəni bütün əczaçılıq məntəqələrinə satış üçün icazə verilmir. Bu istiqamətdə Səhiyyə Nazirliyinə müraciət ediləcəyi təqdirdə nazirliyin rəyi nəzərə alınmaqla DİN tərəfindən xüsusi icazə veriləcək”.

Mərkəz direktoru əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 2 aptek və 4 topdansatış əczaçılıq mərkəzi bu dərmanların satışı ilə məşğuldur: “Onlara xüsusi icazə verilib. Apteklərin hər ikisi də Nərimanov rayonu ərazisində yerləşir”.

T. Məmmədhəsənov qeyd edib ki, hazırda bu dərmanların satışı ilə bağlı rəy verilməsi üçün Səhiyyə Nazirliyinə müraciət olunub: “Rəyin baxılma müddəti 10-15 gün çəkir. Həmin istiqamətdə hazırda müvafiq işlər görülür”.

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …

Bir cavab yazın