Azərbaycanın işğal altında olan Xankəndi şəhərində bayram tədbirləri ləğv edilib. Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, bu barədə şəhərin qondarma meri Suren Qriqoryan dünən təmas xəttində 4 erməni işğalçı əsgərinin məhv edilməsi və onlarlasının yaralanmasından sonra qərar qəbul edib.
Xatırladaq ki, sentyabrın 25-dəki döyüşlər zamanı erməni tərəfinin 4 hərbçisi öldürülüb, xeylisi yaralanıb. Ölənlərdən biri əslən Xankəndi şəhəridndədir.
Azərbaycan tərəfindən isə bir əsgəri şəhid olub.