Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Özbəkistanda prezident seçkiləri keçirilir

Özbəkistanda prezident seçkiləri keçirilir

Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.

Rusiya KİV bildirir ki, seçki məntəqələri səhər saat 6.00-da açılıb. Səsvermə axşam saat 18.00-da başa çatacaq.

Ölkədə 9381 seçki məntəqəsi yaradılıb. Bu gün 21 milyon 435 min seçici səs verməlidir.

Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri iştirak edirlər. Bunlar Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevdir.

Yeri gəlmişkən, bir çox mütəxəssislər hesab edir ki, məhz o prezident vəzifəsinə əsas iddiaçıdır.

Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib.

Onu da qeyd edək ki, ölkə qanunvericiliyinə görə, seçkilər exit-pollsuz keçirilir. (Virtualaz.org)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank “batır”: “Expressbank”dan 25 milyon depozit geri çəkilib

“Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.  “APA-Economics” banka istinadən xəbər verir ki, …

Bir cavab yazın