Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / “Fransanın Cənubi Qafqaza təsir imkanları yalnız quru bəyanatlar ola bilər” – Afsəddin Nəbiyev

“Fransanın Cənubi Qafqaza təsir imkanları yalnız quru bəyanatlar ola bilər” – Afsəddin Nəbiyev

Fransa yenə çağrılmamış qonaq kimi aranı qarışdırmaq istəyir. Fransa Xarici İşlər Nazirliyi 11 apreldə Laçın istiqamətidə ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı bəyanatla çıxış edib.

Açıqlamada Ermənistan və Azərbaycan sərhədində, Dığ kəndi yaxınlığında baş verən və hər iki tərəfdən insan tələfatı ilə nəticələnən zorakılıqdan “dərin narahatlıq” ifadə edilib. Fransa tərəfləri danışıqlar yolu ilə delimitasiya prosesini dəstəkləməyə çağırıb, eyni zamanda Ermənistanın “ərazi bütövlüyünə hörmət” və Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki “işğal olunmuş mövqelər”dən çıxarılmasını gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülh üçün “vacib” hesab edib. Fransa eyni zamanda sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, gərginliyin azaldılmasında “əsas rol oynayan” AB müşahidə missiyasının fəaliyyətini tam dəstəklədiyini vurğulayıb.

Bu və digər məsələlərlə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir neçə sual ünvanladıq:

– Rusiyanın Ukraynada zəifləməsi fonunda ümumiyyətlə, Fransanın Cənubi Qafqazda möhkəmlənmə perspektivi varmı?

– Fransanın Cənubi Qafqazda Rusiyanın zəifləməsi fonunda bölgədə perspektivinin olacağını zənn etmirəm. Çünkü regionda güc balansı çoxdan dəyişib. Artıq nəinki bölgədə, hətta dünyada qardaş Türkiyənin fraqmental güc mərkəzinə çevrilməsi Fransa kimi dövlətlərin bölgəmizdə siyasi təsirini məhdudlaşdırır. Fransa erməni kartından istifadə edərək mövcud vəziyyəti dərk edərək öz “mövcudluğunu” nümayiş etdirməyə çalışır. Rəsmi Paris erməni radikal millətçilərinə, onların Azərbaycan və Türkiyə əleyhinə bəyanatlarına dəstək verməklə dəfələrlə ermənipərəst mövqeyini nümayiş etdirməkdədir. Ancaq düşünürəm ki, Fransanın Cənubi Qafqaz siyasəti bu dövlətin Minsk Qrupuna həmsədrliyi dövründən iflasa uğrayıb. Bu dövlətin Cənubi Qafqaza təsir imkanları  yalnız quru bəyanatlar ola bilər.

– Nəzərə alsaq ki, Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biridir, bu, amil gələcəkdə Avroittifaqın ermənipərəst mövqedın çıxış etməsi təhlükəsi yarada bilərmi?

– Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biri olsa da, yeni dünya nizamında ciddi siyasi əhəmiyyətə malik deyil. Bu dövlətin Rusiya-Ukrayna müharibəsində tutduğu  dişsiz mövqeyi aparıcı güclər tərəfindən diqqətlə izlənilir. Bu yaxınlarda Fransanın qeyri-müəyyən siyasəti Ukrayna siyasi dairələri tərəfindən ciddi şəkildə tənqid olunması yuxarıda söylədiklərimin sübutudur. Bütün bunlarla yanaşı, Fransanın Azərbaycana qarşı apardığı qərəzli siyasətinə qarşı seyrçi mövqedə durmalı deyilik. Dünyada fəaliyyət göstərən Türkiyənin, Azərbaycanın diaspor təşkilatları, Türk Dövlətləri Təşkilatında təmsil olan dövlətlərin nümayəndələri Fransanın bilərəkdən yaratdığı təxribatların qarşısının alınmasında ciddi fəaliyyət ortaya qoymalıdır. Diplomatlarımız fövqəladə rejimlərdə olduğu kimi çalışmalıdır. Hər birimiz ayıq-sayıq olmalıyıq. Dünya mətbuatında Fransanın iç üzünü ortaya qoymalıyıq. Belə olan halda Fransadan olan təhlükənin qarşısı qətiyyətlə ala bilərik.

– Fransanın İranla birlikdə hərəkət etməsi Cənubi Qafqazda sabitliklə bağlı nə kimi təhdidlər yaradır?

– Fransanın İranla birlikdə Azərbaycana qarşı apardıqları  təhdid siyasəti yaxın gələcəkdə iflasa uğrayacaq. Azərbaycan 2021-ci ildə Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamaqla hər iki dövlətin təhlükəsizliyi demək olar ki, təmin olunub. Hal hazırda İranla və Fransanın Azərbaycana qarşı həm bölgə olaraq, həm də geostrateji baxımından ziddiyyətlərlə dolu siyasi xətti müşahidə olunmaqdadır. Bu baxımdan Azərbaycan dövləti bundan sonra da hərbi müttəfiqləri ilə əməkdaşlığı daha da dərinləşdirməklə bu təhdidlərin qarşısını qətiyyətlə alacaq. Parislə yanaşı, Tehranın da Qafqaz siyasəti quru  bəyanatlardan o yana keçməyəcək. Sadəcə İranın hal hazırkı durumu elədir ki, nə olursa olsun diqqəti özünə çəkməyə çalışır. Bu dövlət yaxşl anlayır ki, İranın daxilində baş verən təlatümlər xlrda məsələ deyil. İran bütün anlamı ilə böyük dəyişikliklər ərəfəsindədir. Buna görə diqqəti öz daxilindən xaricə transfer etməklə nəyəsə nail olmağa çalışır. Ancaq meydanı düzgün seçməyib. Azərbaycana heç bir təhdidlə  təsir etmək mümkün deyil.

– Makrondan sonra Fransanın Azərbaycanla bağlı qərəzli siyasətindən əl çəkəcəyinə ümid etmək olarmı?

– Makron Fransa dövlətinin indiyədək ən uğursuz siyasət xadimləri sırasındadır. Makrondan əvvəl Fransaya rəhbərlik etmiş siyasi xadimləri Azərbaycanla normal, sivil siyasi əlaqələrin qurulmasında maraqlı olublar. Azərbaycan da öz növbəsində bu əlaqələrin davamlı olmasına çalışıb. Məsələ burasındadır ki,bir ovuc erməni əlində oyuncağa çevrilən Fransa rəhbəri sözün həqiqi mənasında özünü gülüş obyektinə çevirməyi də bacardı. Qoca qitənin mənəvi liderliyinə can atan bir dövlətin rəhbəri Rusiyanın zəif duruma düşməsindən istifadə edərək, bölgəyə soxulmağa cəhd edir. Təbii ki, bu baş tutmayacaq. Fransa hal hazırda öz daxili problemləri qarşısında çabalamaqdadır. Ölkədə sabitlik yoxdur. Onu da qeyd edim, gələcəkdə Fransa dövlətinə rasional düşüncəyə sahib olan dövlət başçısı seçilərsə Azərbaycanla münasibətlər əvvəlki dinc məcrasına qayıda bilər. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …