Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / “Bakirəliyin bərpası üçün mənə müraciət edirlər” – Ginekoloq Gülşən İbrahimova

“Bakirəliyin bərpası üçün mənə müraciət edirlər” – Ginekoloq Gülşən İbrahimova

“Azərbaycanda bəzi xanımlar müəyyən səbəblərdən bakirəliyi pozulub. Bəziləri ailə həyatı qurmaq üçün bizə müraciət edirlər”.

Bunu Unikal.org-a 10 saylı qadın məsləhətxanasının həkim mama-ginekoloqu Gülşən İbrahimova müsahibəsində deyib. 

Azərbaycan qadınları ginekoloji baxımdan özlərinin sağlamlıqlarının qayğısına qalırlarmı? 

– Təəssüflər olsun ki, bizim xanmımlarımız  öz sağlamlıqlarının qeydinə qalmırlar.  Ginekoloji xəstəliklər qadınların böyük əksəriyyətində rast gəlinir. Eləcə də Döş (Süd Vəzisi) Xərçəngi… 

Sizcə, Azərbaycan ailələrində sonsuzluq halları daha çox qadınların, yoxsa kişilərin səhhətlərində yaranmış problemlə əlaqədardır?

– Bunu fazilə desək, 33 faiz qadın, 33 faiz kişidəki problemlə əlaqədardır.  33 faiz isə səbəbi məlum deyil. 

Ailələr övlad sahibi olmaq istəsələr də kişilər çox vaxt müayinə və müalicə prossesindən niyə yayınır?

– Özlərinə sıxışdırmırlar ki, problem onlarda ola bilər. Guya kişilik qürurudur. Təəssüf ki, çox vaxt heç analiz də vermək istəmirlər. Ancaq mən bir həkim olaraq  müalicəyə başlayanda, ilk növbədə qadınlardan həyat yoldaşlarının analizini tələb edirəm. Belə ki, bilmədən qadında tətbiq olunan müalicələr başqa fəsadlara yol aça bilər. 

Bəs yetkinlik yaşına çatmayan və hamilə olan passientiniz olub? 
– Bəli belə hallar olub. Amma onlar haqqında baş həkimə məlumat verilib. Baş həkim də lazımı orqanları bu barədə məlumatlandırır. Ancaq bir həkim olaraq mən lazımı müdaxiləni edirəm. 

Bəs yetkinlik yaşına çatmayanlar abort etdirmək üçün müraciət edib?

– Mənə belə hallar təsadüf etməyib.

Himenoplastika (bakirəliyin bərpası) əməliyyatı etmisinizmi? Bu əməliyyatda məqsəd nədir sizcə?

-Əslində bu çətin sualdır. Düzdür bu cür əməliyyatlar üçün mənə də müraciətlər olunur, edirik. Himenoplastika (bakirəliyin bərpası) əməliyyatı etdirənlərin əsas məqsədi ailə sahibi olmaqdır. Bir söz var. Qadın qulağı ilə, kişi gözü ilə sevir. Kiməsə inanıb, aldanıb. Onlara əxlaqsız, günahkar demək də düzgün deyil.  Azərbaycanda da yeni qurulan ailələrdə “bakirəlik” önəm kəsb etdiyi üçün bizə bu məqsədlə müraciət edirlər.  

Cinsi fəallığı artıran dərmanlar – bu dərmanlardan qadınlar da qəbul edir. Bunun qadın orqanizmə təsiri nə qədərdir?

– Əslində mən deyərdim ki, qadınlar təsadüfi hallarda  belə dərmanlardan istifadə etmək istəyir. Amma hər bir dərmanin mütləq əlavə təsiri gözlənilir. 

“Bakirəliyin bərpası üçün mənə müraciət edirlər”- Ginekoloq Gülşən İbrahimova

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …