Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Müsahibə / Düşmən əsgərimizin cəsədini qaytarmaq üçün şərt qoyub

Düşmən əsgərimizin cəsədini qaytarmaq üçün şərt qoyub

Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni tərəfinə müraciət edərək dekabrın 29-da Ermənistanla sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılmasını istəyib. Lakin erməni tərəfi bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz.
Moderator.az Virtual Azərbaycan-a istinadən xəbər verir ki, üstəlik erməni tərəfinin daha bir alçaqlığı ortaya çıxıb. “Aykakan jamanax” qəzetinin yazdığına görə erməni tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib “günahını boynuna alsa” əsgərin cəsədinin qaytarılması sürətlənəcək.
Bu, Ermənistan hakimiyyətinin beynəlxalq müharibə qanunlarını və insanlıq normalarını necə həyasızcasına tapdaladığını bir daha ortaya qoyur və belə vəziyyətdə düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol qalmır.

Həmçinin oxuyun

Tanınmış konfliktoloq: “Prezidentə ancaq bircə söz demək istəyirəm, gözlərindən öpürəm!”

Qubadlı rayonunun Əbilcə kəndindən olan konfliktoloq Elxan Mehdiyevlə müsahibəni oxucularına təqdim edirik:  – Elxan bəy, …

Bir cavab yazın