Cümə axşamı , May 9 2024
Ana səhifə / Müsahibə / Azərbaycan Müdafiə Nazirliyi: Cavab çox sərt olacaq

Azərbaycan Müdafiə Nazirliyi: Cavab çox sərt olacaq

Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanın Ağdam rayonunun Ora Qərvənd kəndinin iki dinc sakini yaralanıb.

Bunlar 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğludur. Yaralılare baş nahiyələrindən xəsarət alıblar.

Hər iki sakin Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb. (APA)

*   *   *23:52

Bu dəqiqələrdə erməni tərəfi Qarabağda təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini intensiv atəşə məruz qoymaqda davam edir.

Bunu virtualaz.org-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

«Azərbaycan tərəfinin xəbərdarlığına Ermənistan silahlı qüvvələri yaşayış məntəqələtinə atəş açmaqla cavab verirlər. Neyləməli, cavab çox sərt olacaq», – Dərgahlı belə deyib.

Həmçinin oxuyun

“Ölkəmizin həyati maraqları tələb edir ki, Rusiya ilə dost olaq…” – Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik: – Qüdrət …

Bir cavab yazın