Ana səhifə / Media / Ucarda Qarabağ əlili intihar etdi

Ucarda Qarabağ əlili intihar etdi

Ucarda intihar hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında baş verib.

Rayon sakini, II qrup Qarabağ müharibəsi əlili 1964-ci il təvəllüdlü Ələmdar Hüseyn oğlu

Bayramovun asılmış meyiti yaşadığı evin yaxınlığında yerləşən istifadəsiz çörəkbişirmə sexində aşkar olunub.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiziya və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsinə gətirilib.

Ə. Bayramov rayonda baytar həkimi kimi fəaliyyət göstəririb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(apa)

Həmçinin oxuyun

Deputat “KVN”-çi televiziya rəhbərlərini tənqid etdi: Murad və Vado kimilər…

Deputat Etibar Əliyev “Planet Parni iz Baku”nun iştirakçılarını sərt tənqid edib. Millət vəkili öz Facebook …

Bir cavab yazın