Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Media / Taksi sürücülərinə son xəbərdarlıq – VİDEO

Taksi sürücülərinə son xəbərdarlıq – VİDEO

Bakı şəhərində fəaliyyət göstərən taksi sürücüləri diqqətli olsunlar. Lisenziyasız fəaliyyət göstərən sürücülər cərimələnə bilər.

Bu barədə Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi sürücülərinə xəbərdarlıq edilib. Fərqlənmə nişanı almadan taksi fəaliyyəti göstərənlər cərimə ediləcək.

Lisenziya almaq üçün isə 18 manatlıq rüsumu ödəmək kifayətdir. Üstəlik ilkin mərhələdə taksi sürücülərindən avtomobilə taksometr quraşdırmaq, şahmat fomralı yapışqanların olması tələb edilmir. Hələlik əsas məqsəd paytaxtdakı taksilərin sayını müəyyənləşdirməkdir.

Hazırda isə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri şəhərdə hərəkətə mane olmadan taksi dayanacaqlarının yaradılması üçün monitorinqlər aparırlar. Ancaq belə dayancaqlar bir çox ərazidə metro və ticarət mərkəzlərinin qarşısında olmaya bilər.

Bundan başqa taksilər üçün sürət həddi məhduyyətinin tətbiqi də gündəmdədir.

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın