Çərşənbə , May 22 2024
Ana səhifə / Media / Sosial mənzillərin verilmə qaydası açıqlandı – Qeydiyyat hansı prinsiplərlə olacaq?

Sosial mənzillərin verilmə qaydası açıqlandı – Qeydiyyat hansı prinsiplərlə olacaq?

Hövsan qəsəbəsində ayrılan torpaq sahəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi binalarda 3100-3300 yaşayış mənzili olacaq.

Azinforum.az  APA-ya istinadən xəbər verir ki, bunu MİDA-nın direktoru Samir Nuriyev “Caspian Euopean Club”da çıxışı zamanı bildirib.

S.Nuriyev bildirib ki, ümumiyyətlə, vətəndaşlara veriləcək evlərlə bağlı qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq: “Tez qeydiyyatdan keçən daha tez mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı MİDA MMC öz təkliflərini verəcək”.

Onun sözlərinə görə, Bakının 3, Sumqayıtın isə 1 ASAN xidmət mərkəzlərində MİDA əməkdaşları vətəndaşların suallarını cavablandırmaq, onları məlumatlandırmaq üçün olacaqlar.

Həmçinin oxuyun

“Rauf Arifoğlu haqda “dost” ifadəsinə ehtiyatla yanaşardım, Rəşad Məcid isə…” – Arif Əliyevlə

Bakı Mətbuat Klubunun prezidenti, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bakupost.az -a geniş videomüsahibə verib. O, …

Bir cavab yazın