Ana səhifə / Media / Qar Binə-Mərdəkan və Buzovna-Zaqulba yolunu bağladı

Qar Binə-Mərdəkan və Buzovna-Zaqulba yolunu bağladı

“Binə qəsəbəsindən Mərdəkana, eyni zamanda Buzovna, Zaqulba istiqamətində sürət həddi bütün zolaqlar üzrə endirilərək 60 km/saat müəyyən edilib”.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, bu addımın atılmasında səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.

BNA paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın