Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda yağıntılar intensivləşəcək – PROQNOZ

Bakıda yağıntılar intensivləşəcək – PROQNOZ

“Azərbaycanda fevral ayının 2-dən etibarən yağıntıların kəsiləcəyi gözlənilir”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti bu gün və sabah da davam edəcək: “Fevral ayının 2-si gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Paytaxt Bakıda və Abşeron yarımadasında da bu gün və sabah yağıntılı hava şəraiti müşahidə ediləcək, bəzi yerlərdə intensivləşəcək. Fevral ayının 2-də isə hava şəraiti yağmursuz olacaq”.

Direktor müavininin sözlərinə görə, bu gün müşahidə ediləcək havanın minimal temperaturu 0-4 dərəcə şaxta, günorta saatlarında isə arabir 0-2 dərəcə isti olacaq: “Bu gün səhər saatlarından etibarən ölkə ərazisində qar yağmağa başlayıb. Qarın gün ərzində yağacağı gözlənilir, bəzən intensivləşəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək”. (Report)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın