Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “Pressklub TV” yayıma başlayır

“Pressklub TV” yayıma başlayır

Azərbaycan informasiya məkanında yeni internet televiziyası yayıma başlayır. “Pressklub TV” adlanan bu media qurumu fevralın 7-də Bakı vaxtı ilə saat 20:00-da “Youtube” kanalında efirə çıxacaq.

TV ilk efir günündə parlament seçkilərindən bəhs edən “Rakurs” verilişini, “Sosial şəbəkə gündəmi”ni, həmçinin yaşadığımız Qafqaz regionunun bugünündən, Qarabağ problemi də daxil olmaqla bölgədəki münaqişələrdən söz açan “41-ci paralel” (rus dilində) proqramını təqdim edəcək.  

“Bu TV ölkəmizdə, regionda və dünyada baş verən ən mühüm hadisələr barədə daha çox analitik proqramlar, təhlillər, şərhlər və çıxışlar verəcək, deyilən mövzularda debatlar, ictimai müzakirələr təşkil edəcək. Fərqli mövqelərin çatdırılması, plüralizm, dürüstlük, obyektivlik əsas prinsiplər olacaq,” – deyə Bakı Mətbuat Klubu İdarə heyətinin sədri Arif Əliyev bildirib.

A.Əliyev onu da əlavə edib ki, yeni layihədə peşəkar komanda çalışır və həmin komandaya tanınmış telejurnalist Qulu Məhərrəmli rəhbərlik edir.

Qeyd edək ki, “Pressklub TV” həftənin çərşənbə axşamı və cümə günləri yayımlanacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …