Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Nazirlik: 11 rayonda sürüşmə aktivləşib

Nazirlik: 11 rayonda sürüşmə aktivləşib

Son dövrlərdə respublikanın müxtəlif rayonları, xüsusən Şamaxı, İsmayıllı, Quba, Gədəbəy, Ağsu, Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı, Cəlilabad rayonları ərazilərindəki sürüşmə sahələrində aktivləşmə müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirib ki, mövcud sürüşmə sahələrində aktivləşmənin müşahidə olunması ilə bərabər ölkədə yeni sürüşmə sahələri yaranır.

Milli Geoloji Kəşfiyyat Xidməti yeni sürüşmə sahələrinin yaranmasının səbəblərini də açıqlayıb. Xidmətdən bildirilib ki, yeni sürüşmə sahələrinin əmələ gəlməsinə ən çox təsir edən meteoroloji və texnogen amillərdir.

Qeyd olunub ki, respublikanın dağlıq və dağətəyi ərazilərində bu prosesin baş verməsi labüddür: “Ekzogen-geoloji, xüsusən də sürüşmə prosesinə məruz qalmış yaşayış məntəqələri və digər infrastrukturların yerləşdiyi ərazilərdə ilkin olaraq tədqiqatları aparılır. Prosesin təhlükəliliyi müəyyənləşdirilir və proqnozlar verilir. Ərazilərin geoloji, mühəndisi-geoloji şəraiti haqqında rəy tərtib olunur. Sonra isə prosesin təsir dairəsini əhatə edən ərazilərdə kompleks geoloji, mühəndis-geoloji, hidrogeoloji, geofiziki, topoqrafik tədqiqatlar aparılır”. (APA)

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …

Bir cavab yazın