Bazar ertəsi , May 6 2024
Ana səhifə / Media / Nailə İslamzadə yenidən efirə qayıdır

Nailə İslamzadə yenidən efirə qayıdır

Azərbaycan Dövlət Televiziyasının (AzTV) unudulmaz simalarından olan, məşhur “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə yenidən efirə qayıdıb.

BakuPost-un məlumatına görə, bu barədə aparıcı Alidə Mustafayeva sosial şəbəkədə yazıb.

Alidə Mustafayeva bildirib ki, Nailə İslamzadə yeni mövsümdən İctimai Televiziyanın (İTV) efirində olacaq:

“Onu bu gün qrim otağımızda gördüm. Qrim ustamızdan soruşdum ki, bizə təzə qız gəlib? Birdən mənə çatdı ki, bu odur. Gözəl və hətta çox gözəl Nailə İslamzadə. Xoş gəlmisiniz! Sizinlə eyni kanalda çalışacağımıza çox sevindim”.

Qeyd edək ki, Nailə İslamzadə AzTV-də 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışıb. O eyni zamanda, Türkiyənin TRT AVAZ kanalında yayınlanan “İş’te kadın” proqramının aparıcısı olub.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …