Ana səhifə / Media / Məktəbli formaları “od tutub yanır” – VİDEO 

Məktəbli formaları “od tutub yanır” – VİDEO 

Yeni dərs ilinin başlamağına demək olar ki, iki həftə qalıb. Uşaqlar qədər valideynlər də həyəcanlıdırlar. Amma uşaqlardan fərqli olaraq valideynləri həyəcanlandıran məktəbli formalarının qiymətidir. Belə ki, bu il ki qiymətlər ötən illərlə müqayisədə bahadır.

Balaca Lalənin 6 yaşı var. Məktəbli forması almaq üçün bir müddətdir valideynlərini tələsdirən Lalə artıq öz arzusuna çatıb, geyimindən də  razıdır. Formalar bu il məktəblilərə ötən mövsümdən 7 faiz baha satılır. Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov bunun səbəbini devalvasiya ilə izah edir. Bütün parçaların Türkiyədən gətirildiyini deyən şöbə müdiri məktəbli forması alarkən valideynləri daha diqqətli olmağa çağırdı. Yarmarkalar yaxud digər yerlərdən alınan formaların keyfiyyəti sual altındadır. Hazırda paytaxtda  Bakı Tikiş Evinin 14 satış mərkəzi fəaliyyət göstərir. Müxtəlif tikiş sexlərində də bəzi özəl məktəb və liseylər üçün formalar hazırlanır. Həmin tikiş müəssisələri də yeni mövsüm üçün məktəbli formasının qiymətini artırıb. (Region TV)

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın