Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Mənzildən 15 min manatlıq qızıl oğurlandı – VİDEO

Mənzildən 15 min manatlıq qızıl oğurlandı – VİDEO

Şəmkirdə mənzildən 15 min manat dəyərində qızıl oğurlanıb.
15 min manat dəyərində qızıl zinət əşyaları və 700 manata yaxın nəğd pul. Şəmkirin Təzəkənd kənd sakininə vurulan ziyanın miqdarı bu qədərdir. Naməlum şəxs və ya şəxslərin etdiyi oğurluq ev sahibinə həm də mənəvi zərbə vurub. 
Şəmkir rayonunun Təzəkənd kənd sakini Taleh Yusibova məxsus fərdi yaşayış evindən oğurluq edilib. Axşam saatlarında evdə heç kimin olmamasından yararlanan çağırılmamış qonaqlar həyətdəki pəncərədən içəri daxil olublar. Bir qədər aparılan axtarış sonda nəticə verib. Oğrular qızıl-zinət əşyaları və nəğd pulun yerini tapa biliblər.
Ramiz Yusibov – zərərçəkən: “Axşam saat 21:00 radələrində evə qayıdıblar. Əvvəlcə həyətdə toyuq cücələrin pərən-pərən düşdüyünü görüblər. Bu səbəbdən də  əvvəlcə həyətdə toyuq cücəni öz yerinə salıblar. Elə biliblər ki, həyətə it daxil olub. Sonra baxıblar ki, heç nə yoxdur. İçəri daxil olanda isə görüblər ki, ev qarət olunub. Pəncərədəki tülü qoparıb içəri keçiblər. Qızılları, pulların hamısını götürüblər”.
Hüquq-mühafizə orqanlarına edilən zəngdən sonra Şəmkir rayon polis şöbəsinin Kür qəsəbəsi üzrə bölməsinin əməkdaşları hadisə yerinə gəliblər.  Zəruri istintaq hərəkətləri həyata keçirilsə də bu günədək görülən tədbirlər nəticəsiz qalıb.
Ramiz Yusibov – zərərçəkən: “Polisə məlumat vermişik. Həmin vaxt buralarda kim olub, kimlər keçib küçədən. Hamısını demişik. Ancaq hələlik bir məlumat yoxdur”.
Şəmkir rayon polis şöbəsindən də Taleh Yusibova məxsus mənzildə oğurluq faktının qeydə alındığını təsdiqləyiblər. Şöbədən bildirilib ki, zərərçəkənlərin müraciəti əsasında intensiv əməliyyat- axtarış tədbirləri davam etdirilir. Hələlik saxlanılan yoxdur. (Region TV)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın