Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Mark Zukerberq 11 mindən çox əməkdaşını işdən çıxardı

Mark Zukerberq 11 mindən çox əməkdaşını işdən çıxardı

Mark Zukerberq Meta-nın 11 mindən çox əməkdaşını işdən çıxarıb.

Meta şirkətini qurucusu Matk Zükenberq komandasının sayınnı 13 faiz azaltmaq qərarına gəldiyini açıqlayıb:“Bu gün sizə Meta tarixindəki ən çətin qərarlardan birini təqdim edirəm. Mən komandamızın sayını təxminən 13% azaltmaq və 11.000-dən çox istedadlı işçimizi işdən çıxarmaq qərarına gəldim. Biz həmçinin xərcləri azaltmaqla və işə qəbulun dondurulmasını uzatmaqla daha kiçik və daha səmərəli şirkət olmaq üçün bir sıra əlavə addımlar atacağıq”.
Kütləvi ixtisarların səbəblərindən biri, CNCB-nin “investorları qorxutduğunu” bildirən Meta-nın gəlirlərinin kəskin azalmasıdır. Səhv işlərə görə məsuliyyəti şirkət rəhbəri öz üzərinə götürüb.

“Bizi bu vəziyyətə gətirən qərarlara görə məsuliyyət daşıyıram. Mən bunun bir çox insanlar üçün çətin olduğunu bilirəm və bundan təsirlənənlər üçün çox təəssüflənirəm “dedi.
İşdən çıxarılan işçilər on altı həftəlik ödənişli məzuniyyət və şirkətdəki hər bir xidmət ili üçün əlavə iki həftə alacaqlar. Onların tibbi sığortası daha altı ay qüvvədə olacaq.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayının sonuna olan məlumata görə, Meta-da 87.000 nəfər işləyirdi.

BakuPost

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …