Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Maaş qalmaqalı: “Azİmport”a görə fəhlələr parkda yatır”

Maaş qalmaqalı: “Azİmport”a görə fəhlələr parkda yatır”

“Bayraq meydanı” ətrafında yaranan qalmaqal, eləcə də Bakıda çox sayda binanın sökülərək, yenidən inşa edilməsində qanunsuzluqlarla gündəmə gələn “Azİmport” şirkəti 540 nəfərin əməkhaqqını ödəmir.
Bu barədə İnterpress.az-a şirkətin Bayıl ərazisində abadlıq işləri aparan briqadalarından birinin rəhbəri Elşən Əliyev bildirib.
Elşən Əliyevin sözlərinə görə, SOCAR-ın elan etdiyi tenderdə “Azİmport” qalib gəlib: “Bayılda Şanxay adlanan ərazidə bütün abadlıq işlərini biz aparmışıq. Ancaq 4 aydan artıqdır ki, maaşlarımızı ala bilmirik. Elə işçilər var ki, parkda yatmaq məcburiyyətində qalıb. Əksəriyyəti rayonlardan gələn işçilərdir, hamısının ailəsi, uşaqları var”.
Maaşların az hissəsinin ödənildiyini deyən Elşən Əliyev vurğulayıb ki, SOCAR-a müraciət edildiyində tenderi udan şirkət kimi vəsaitin Azİmportun hesabına köçürüldüyü bildirilib: “Məcbur qalıb borca 30 min manat pul götürmüşəm. İşçilərin hərəsinə bir az pul paylamışam, amma bu problemləri həll etmir. Kimə müraciət edəcəyimiz, hara gedəcəyimizi bilmirik”.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …

Bir cavab yazın