Bir az öncə paytaxtın əsas prospektlərindən birində qəza baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Heydər Əliyev prospekti – Əsas yolda Bağırov körpüsünün yaxınlığında yük maşını ilə minik avtomobili toqquşub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, baş vermiş qəza nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti köməkçi yoldan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.
***
“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.
Murad Əhməd