Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Media / Azərbaycan Korrupsiyaya qarşı mübarizəni gücləndirir

Azərbaycan Korrupsiyaya qarşı mübarizəni gücləndirir

2017-ci ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlət Proqramı qəbul ediləcək.

Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planında qeyd edilir ki, eləcə də xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair Konvensiyaya qoşulmaq imkanları öyrəniləcək.

Rüşvətxorluqla mübarizə məqsədilə həmçinin dövlət satınalmaları üzrə vahid sistemin yaradılması və bütün dövlət orqanlarının bu sistemə qoşulmasının təmin edilməsi planlaşdırılır.

Həmçinin Tədbirlər Planına əsasən, 2017-2018-ci illərdə siyasi partiyaların maliyyələşməsində şəffaflığın artırılması, maliyyə hesabatlarında şəffaflığın artırılması üzrə fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.(Trend)

Həmçinin oxuyun

“Avropa.info” saytı haker hücumuna məruz qalıb

“Dünəndən etibarən Avropa.info saytı mütəmadi olaraq haker hücumuna məruz qalır”. Bu sözləri Musavat.com-a açıqlamasında avropa.info …

Bir cavab yazın