Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Media / Kişilərin pensiya yaşı 2, qadınların pensiya yaşı 5 il artır

Kişilərin pensiya yaşı 2, qadınların pensiya yaşı 5 il artır

Parlamentin rəsmi saytında “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər layihəsi çap olunub. Novator.az bildirir ki, layihəyə əsasən, həm kişilərin, həm qadınların pensiya yaşı 65-ə qaldırılır.

Hazırda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır.

Güzəştli şərtlərlə əmək pensiyası hüququnda da yeniliklər var: dövlət qulluqçuları, hərbi qulluqçular, prokurorlar və digər kateqoriyalar üzrə staj ili qaldırılır.

Qanuna minimal pensiya məbləği elementi daxil edilir. Pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə, o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin ediləcək. Əks halda iş stajına baxılacaq. İşçinin 25 illik iş stajı varsa, ona minimal pensiya təyin olunacaq.

Hazırda minimal pensiya 110 manatdır.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın