Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “İTV-də verilişlərin səviyyəsini yüksəltməyə böyük ehtiyac var” – Sədr

“İTV-də verilişlərin səviyyəsini yüksəltməyə böyük ehtiyac var” – Sədr

“Televiziyada hər gün bir proqram açıb, birini bağlamaq, birini vəzifədən çıxarıb təzəsini axtarmaq, üzərindən iki ay keçməmiş bir başqasını onun yerinə gətirmək effektli yol deyil. Mən bu yolu doğru hesab etmirəm”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio (İTV) Yayımları Şurasının sədri, AMEA-nın həqiqi üzvü Muxtar İmanov deyib.

O bildirib ki, Yayım Şurasının sədri olaraq vəzifəyə gəldiyi ilk gündən dəstəklədiyi fikir verilişlərin səviyyəsinin yüksəlməsi üçün istedadlı jurnalistlərin təqdir olunması, onlara dəstək verilməsidir: “Yayım Şurasının sədri olaraq belə hesab etmişəm ki, baş direktor səviyyəsindən başlamış digər səlahiyyətli şəxslərə qədər hamı tərəfindən istedadlı, təcrübəli jurnalistlərin dəstəklənməsi, təqdir olunması yolu ilə verilişlərin səviyyəsini daha da yüksəltmək olar. İctimai Televiziyada səhər proqramlarından başlamış günün müxtəlif saatlarında təqdim olunan çox gözəl ənənəvi proqramlar var. Sadəcə o verilişlərin səviyyəsini yüksəltməyə böyük ehtiyac var”.
M.İmanov İTV-də serialların yayımlanmaması məsələsinə də münasibət bildirib: “İTV də daxil olmaqla bütün televiziya kanallarında o cür filmlər məqbul hesab olunur ki, həmin filmər insanlara mənəvi və estetik zövq verə bilsin, insanlar oradan nəsə götürə bilsin. İTV bu cür seriallara yer vermirsə, o serialların həm bədii, həm də ideya-məzmun səviyyəsindən narazıdır. Onun əvəzinə İTV-dən gözəl filmlər izləmək mümkündür”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …