Ana səhifə / Media / İntensiv yağış Bakıda nəqliyyatın hərəkətini iflic edib

İntensiv yağış Bakıda nəqliyyatın hərəkətini iflic edib

Bakıda yağan intensiv yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib.
“Report”un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospketi (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə doğru), Niyazi küçəsi (hər iki istiqamətdə), habelə Əbdürrəhim bəy Haqverdiyev (Dövlət Statistika Komitəsi istiqamətində), Səməd Vurğun küçəsi (“Təzə bazar”a doğru), Abbasqulu ağa Bakıxanov küçəsi (hər iki istiqamətdə, nisbi sıxlıq) və Tbilisi prospektində (“Nizami” metro stansiyasına doğru) tıxac yaranıb.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın