Cümə , Dekabr 4 2020
Ana səhifə / Media / Həyatın çətinliklərinə qalib gələn əlil usta: “Bəzən mənə etibar etmirlər” – VİDEO

Həyatın çətinliklərinə qalib gələn əlil usta: “Bəzən mənə etibar etmirlər” – VİDEO

Zaqatalanın Danaçı kənd sakini 40 yaşlı Zülfüqar Əlixanov fiziki çətinliklərinə baxmayaraq, şəhər ərazisində yerləşən kiçik dükanında telefon və başqa xırda məişət texnikalarını təmir etməklə gündəlik ruzisini qazanır.

Zülfüqar sanki düzəltdiyi, ikinci həyat verdiyi hər bir əşya ilə birgə özü də ruhən yenilənir. Əlil arabasına məhkum olan Zülfüqar tez-tez digər insanların köməyinə ehtiyac duyur.

Zülfüqarın əsl çətinliyi, bəzən müştərilərin fiziki durumuna baxıb ona əşyaların təmirini etibar etməmələridir. Ancaq bütün bunlara baxmayaraq, Zülfüqar işinə, peşəsinə sevgiylə yanaşan biridir. Sənətinə təkcə gəlir yeri kimi yox, həm də hobbi kimi yanaşan qəhrəmanımızdan müştəriləri də razılıq edir.

Zülfüqar Əlixanov (təmirçi): “Bu sənət olmasa mənim günüm keçməz. Bəzən müştəri gəlir məni görüb etibarsızlıq edirlər, bacara biləcəyimi düşünmürlər. Ancaq buna baxmayaraq xeyli sayda müştərim var”.

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın