AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın 2-də 27 yaşlı qadının küçədə avtomobilin sükanı arxasında olan digər xanımla mübahisə zamanı baş verib. Mübahisə nəticəsində qızlar bir-birilərini qarşılıqlı olaraq təhqir ediblər, ardınca canlı yayım edən qadın güllə yarası alıb. Silahdan atəş açan qadın hadisə yerindən qaçıb.

Şahidlər əraziyə həkim və polis çağırıblar. Hazırda zərərçəkən xəstəxanadadır, onun həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanları şübhəli şəxsin axtarışlarını davam etdirirlər.