Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Facebook Ermənistanın Tovuz təxribatının ifşasına dair yazılara görə “baki-xeber” saytını blokladı

Facebook Ermənistanın Tovuz təxribatının ifşasına dair yazılara görə “baki-xeber” saytını blokladı

Facebook tərəfindən baki-xeber.com saytına blok qoyulub. Heç bir material paylaşmağın mümkün olmaması bir yana, üstəlik, bu günə qədər Facebook-da paylaşılmış “baki-xeber” saytının materialları da silinib.

Saytımızın bloklanmasının səbəbi isə Azərbaycan sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayan erməni təxribatının ifşası ilə bağlı silsilə yazıların dərci olub.

Ümumiyyətlə, “Bakı-Xəbər” qəzetində və eyniadlı saytda davamlı olaraq erməni yalanlarını, Ermənistanın təcavüzkar və terrorçu mahiyyətini ifşa edən materiallar yayımlanır. Bütün bunlara görə bu günə qədər dəfələrlə saytımıza hücum cəhdləri olub.

Ancaq hər dəfə başarısız olan ermənilərin harayına bu dəfə, çox təəssüf ki, Facebook sosial şəbəkəsi yetişib. Belə ki, erməni lobbisinin əlində alətə çevrilən Facebook rəhbərliyi tərəfindən baki-xeber.com saytına blok qoyulub.

“Bakı Xəbər” ailəsi olaraq bunu azad sözün boğulması cəhdi hesab edir, sosial şəbəkə rəhbərliyinin öz missiyasının tələblərinə geri dönərək tezliklə bloklanmanı aradan qaldıracağını, terrorçu ölkənin əlində alət olmaqdan vaz keçəcəyini gözləyirik.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …