Ana səhifə / Media / Direktor vəzifəsinə işə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Direktor vəzifəsinə işə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Təhsil İnstitutunun Təhsil Texnologiyalar Mərkəzi direktor vəzifəsinə işə qəbul olmaq istəyən müəllimlər üçün ilk dəfə olaraq elektron sınaq imtahanı təşkil edir.

Qurumdan Lent.az-a verilən məlumata görə, elektron sınaq imtahanı aprelin 15-də saat 11:00-da Nizami rayonu 220 nömrəli məktəbdəki imtahan mərkəzində keçiriləcək.

Real imtahan şəraitini hiss etmək istəyən direktor olmağa namizəd şəxslər http://bit.ly/2nXGfus bu linkdən daxil olaraq qeydiyyatdan keçə bilərlər.  Qeydiyyatdan keçdikdən sonra imtahana buraxılış biletini əldə etmək üçün AR TTM-nə gəlmələri lazımdır.

Bildirək ki, direktor vəzifəsinə işə qəbul üzrə Elektron Sınaq İmtahanı qeydiyyat 15 AZNdir.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın