Ana səhifə / Media / Bakının yolları iflic oldu

Bakının yolları iflic oldu

Bakının bir çox prospektlərində hazırda görünməmiş tıxac yaşanır.

Axar.az xəbər verir ki, şəhərin şimal girişi, 20 Yanvar dairəsi, Tiflis prospekti, Dərnəgül şossesi, Koroğlu dairəsi və bu prospekt və şosseyə birləşən yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

Tıxacda qalan oxucularımızın verdiyi məlumata görə, 2 saata yaxındır şəhər istiqamətində tıxac yolu tam bağlayıb. Axşam saatları olmasına rəğmən, hələlik sıxlıq nisbi də olsa azalmayıb.

Bakıda nəqliyyatın hərəkətini tam iflic edən bu cür nadir tıxacın səbəbi bilinmir.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın