Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Bakının Babək prospektində yol çöküb

Bakının Babək prospektində yol çöküb

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakının Babək prospektində tuneldə yolun çökməsi xəbərinə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Trend”ə özəl açıqlamasında bildirib ki, həmin ərazidə çökmə asfaltın alt qatında su sızması nəticəsində baş verib.

O qeyd edib ki, çökən ərazi tunelin üst hissəsindədir və avtomobillərin hərəkətinə maneə yaratmır:

“Hadisə baş verən kimi əraziyə “Azəravtoyol” ASC-nin texnika və canlı qüvvəsi cəlb edilib. Əvvəlcə ərazidə su sızmasının qarşısı alınıb. Sonra isə yolun çökən hissəsi bərpa edilib. Artıq ərazidə problem yoxdur, avtomobillərin hərəkəti bərpa edilib”.

A.Nəcəfli əlavə edib ki, hazırda tuneldə təhlükə yoxdur.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın