Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Azərbaycan mediası üçün COVİD-19 testi: kim, necə qurtuldu?

Azərbaycan mediası üçün COVİD-19 testi: kim, necə qurtuldu?

Koronavirus ötən ilin fevral ayından həyatımızı büsbütün dəyişib.  Bir ildən çox keçib, dünya hələ də bu bəladan qurtula bilmir. Bu müddətdə dünyada milyonlarla insan COVİD -19 infeksiyasının qurbanına çevrilib. Pandemiya bu günə kimi ümumilikdə 3.087.246  nəfərin həyatına son qoyub. Azərbaycanda isə 4.274 nəfər virus səbəbindən vəfat edib.

Təəssüflər olsun ki, həm 2020-ci il, həm də  2021-ci ildə koronavirus bizim üzdə olan, tanınmış insanlarımızı da əlimizdən aldı. Onların arasında COVİD-19-un cəngindən qurtula bilməyən tanınmış jurnalistlərimiz oldu. Onların arasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Əmrah Fəqanoğlu, foto-jurnalist Fərman Bağırov, əməkdar jurnalist Etibar Babayev, “Trend” İnformasiya Agentliyinin Baş direktor müavini Elxan Ələsgərov da var. Media sahəsində tanınmış hərbi jurnalist Rəşad Süleymanov da 38 yaşında COVİD-19-la mübarizə apara bilmədi. O, Azərbaycanda hərb və müdafiə sahəsində ixtisaslaşan azsaylı jurnalistlərdən biri idi. Pandemiya bütün sahələri, eləcə də medianın işini iflic vəziyyətə qoydu.

Bəs, görəsən, kütləvi informasiya vasitələri çətin durumdan çıxa bilirmi?

Murad Əliyev (jurnalist) — Vikipediya

 Murad Əliyev

Bizimlə söhbətdə “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev iş rejimini artıq pamdemiyaya uyğun təşkil etdiklərini dedi: “Azərbaycanda karantin elan olunan dövrdən etibarən ”Report”da da redaksiyanın işi müvafiq qaydada təşkil olundu. Keçən ilin aprel ayı da daxil olmaqla bir neçə ay işçilər distant şəkildə fəaliyyət göstərdi. Sonradan artıq bir neçə nəfər redaksiyaya gəlirdi. Karantin qaydalarında  yumşalmalar başlayandan sonra artıq hər kəs ofisdən işləməyə başladı. Bununla belə, bütün qaydalara əməl olunur. İşə gələn hər bir işçinin qızdırması yoxlanılır. Qapının ağzına dezinfektant qoyulub, əllər dezinfeksiya edilir. İşçilər naxoşlayanda əvvəlcədən bildirirlər və işə gəlmirlər. Qızdırma və digər simptomları olan işçilər isə test verib neqativ nəticə olacağı təqdirdə işə buraxılırlar. Bundan əlavə, çalışırıq işçilərimiz ictimai nəqliyyatdan az istifadə etsin. “Report”un öz avtomibilləri var, jurnalistlər bütün tədbirlərə avtomobillə gedirlər. Şənbə-bazar günləri çalışan işçiləri də ofisin maşınları gətirib-aparır. Bundan başqa, maskadan istifadə etmə və digər qaydalara riayət edilir”.

M.Əliyev əlavə edib ki, Operativ Qərargah bundan sonra nə qərar verəcəksə, ona mütləq şəkildə əməl olunacaq: “Təqribən  10-a yaxın əməkdaşımız müxtəlif vaxtlarda virusa yoluxub. Heç biri də digər işçiləri yoluxdurmayıb, çünki vaxtlı-vaxtında həmin işçilərin distant işləməsi təmin olunub”.

Aynur Camal: "Paşinyanın nə qədər qeyri-ciddi bir şəxs olduğunu dünya gördü"

Aynur Camal 

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal da qeyd etdi ki, pandemiya bir çox çətinliklər yaratsa da, işlərini davam etdirirlər: “Hazırda bizdə iş normal şəkildə davam edir. Amma tamamilə buna adi iş şəraiti, adi həyat tərzi demək çox çətindir. Uşaqlarımız işə gəlib-getməkdə çox əziyyət çəkirlər. Metro işləmir, ictimai nəqliyyatda böyük problemlər var. Əməkdaşların əksəriyyəti uzaqda yaşayır. O baxımdan problemlərimiz çoxdur. Bizdə də yoluxanlar, sağalanlar var. Ümumiyyətlə, əməkdaşlar arasında xüsusən,  Axar.az-ın əməkdaşları arasında virusa yoluxan çox oldu. Ev şəraitində müalicə olunub sağaldılar. Amma şükürlər olsun ki, ağır şəkildə bu xəstəliyi keçirənimiz olmadı. İşçilərin hərarəti hər gün yoxlanılır. Hərarəti olanlara tapşırmışıq ki, işə gəlməsinlər. İşdə də kimdəsə aşkarlanarsa, biz onu taksi ilə evə göndəririk. İndi demək olar ki, kollektivin 70 faizi işə çıxır. Digərləri aralarında xəstə olanlar, yolu uzaq olanlar evdən işləyirlər. Düzdür, bu hər gün olmur, həftədə iki-üç dəfə işə çıxırlar”.

A.Camal qeyd edir ki, holdinqə dəyən maddi ziyan çox yüksəkdir: “Çünki bizə reklam verən şirkətlər öz gəlirərinin azaldığını bildirirlər. Ya reklam müqaviləsinə xitam verirlər, ya da reklam müqaviləsi üçün nəzərdə tutulan məbləği ödəmirlər. Təbii ki, maddi imkandan daha çox mənəvi zərərləri də qeyd etmək istərdim. İnsanlar mənəvi-psixoloji olaraq çox ciddi sarsıntı keçirirlər. Yaxınlarının yas mərasimində iştirak edə, doğmalarının dərdinə şərik ola  bilmirlər. Daim qorxu içində, yoluxmaq təhlükəsi ilə üz-üzədirlər. Əvvəllər yaşlılar üçün risk var idi, indi uşaqlar da virusa yoluxurlar. Bir sözlə, mənəvi çətinliklərimiz daha çoxdur”.

AzTV-yə yeni mətbuat katibi təyin olundu

Nərgiz Rəfiyeva

Pandemiya telekanalların da işinə az təsir etməyib. Bizimlə söhbətdə AzTV-nin mətbuat katibi Nərgiz Rəfiyeva bildirdi ki, pandemiyanın yol açdığı qeyri-müəyyən vəziyyət davam edir: “Pandemiya başlayandan bu günə qədər xəstəliyin yol aça biləcəyi fəsadların qarşısının alınması üçün ”Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də  mümkün tədbirlər görülür. Televiziyada  karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək məqsədilə əməkdaşlar üçün növbəli iş rejimi tətbiq olunub. Bundan başqa, QSC daxilində əməkdaşların  hərarətinin ölçülməsi prosedurlarına, sosial məsafə və  tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilib. Həm telekanal daxilində, həm də ətraf ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Pandemiya elan olunan gündən indiyə qədər  AzTV-də  daxili  görüşlər və iclaslar onlayn formatda keçirilir”.

N.Rəfiyeva dedi ki, sərt karantin rejimi müddətində bir çox qurumlarda olduğu kimi  AZTV-də də əməkdaşlar xüsusi rejimdə çalışıb: “Belə ki, televiziyanın bəzi strukturlarında sərt karantin dövründə distant işləməyə üstünlük verilib. Bəzi redaksiyalarda isə bir qrup əməkdaş ofisdən, başqa qrup isə evdən işləyib. Əsas məqsəd isə əməkdaşların sağlamlığını təhlükəyə atmadan işdə davamiyyəti qoruya bilməkdir. Azərbaycan Televiziyası daxilində  koronavirusa yoluxma hallarına gəlincə, qeyd edək  ki, virus heç bir qurumundan yan keçməyib. Bu müddətdə QSC-nin də əməkdaşlarından koronavirus infeksiyasına yoluxanlar olub. Təəssüflə bildirək ki, televiziyanın  koronavirusa yoluxan  4 əməkdaşı vəfat edib”.

İsmayıl Həsənov ATV-də yüksək vəzifəyə təyin edildi » AFN.az - Xəbər Portalı

 İsmayıl Həsənov

“Azad Azərbaycan” telekanalının icraçı direktoru İsmayıl Həsənov da fikirlərini bildirdi: “Azad Azərbaycan Teleradio Kampaniyası iş rejimini pandemiyaya əlaqədar olaraq qurub. Mütəmadi olaraq telekanal ərazisi, iş otaqları dezinfeksiya olunur. Ümumi otaqlarda əyləşən işçilərin maskalardan istifadəsi məcburidir. Ara məsafənin saxlanılması və digər qaydalara maksimum dərəcədə əməl olunur. Telekanalın ərazisində də dezinfeksiya vasitələri yerləşdirilib ki, insanlar bundan istifadə etsinlər. Bacardığımız qədər bu şəraiti yaratmışıq ki, əməkdaşlarımız təhlükəsiz şəraitdə işləsinlər. Əlbəttə, bu pandemiyadır, kanal əməkdaşları arasında da xəstələnlər oldu, sağalanlar oldu. Maksimum dərəcədə bunu nəzarətdə saxlamağa çalışırıq. İnsanlarda hərarət olarsa, telekanal ərazisinə buraxılmır, yalnız neqativ cavab çıxdıqdan sonra telekanala qayıda bilərlər”. 

İ.Həsənov üzləşdikləri çətinliklərdən də bəhs etdi: “Əlbəttə ki, bilirsiniz telekanalımız kommersiya subyektidir, reklam gəlirləri ilə fəaliyyətini tənzimləyir. Pandemiya bütün dünyada biznes sektoruna zərbələr vurdu, biz də bu zərbələrdən öz payımızı aldıq. Reklam bazarında azalmalar oldu, amma yavaş-yavaş vəziyyətin düzəldiyini müşahidə edirik. İnşallah pandemiya bəlasından xilas olarıq və əvvəlki uğurlu reklam fəaliyyətinə dönərik”.

Hazırda koronavirusdan əziyyət çəkən jurnalsitlərimiz də az deyil. Aralarında xəstəliyi ağır keçirən, xəstəxanaya yerləşdirilən həmkarlarımız var. Hazırda virusla mübarizə aparan “Yeni Müsavat” qəzetinin siyasət şöbəsinin əməkdaşı Etibar Seyidağa qeyd edir ki, bu xəstəliklə mübarizədə əsas psixoloji durumun yerində olmasıdır: “Mən artıq 15 gündür yoluxmuşam, koronavirusun bütün əlamətlərini hiss etdim. İlk 3-4 gün çox ağır keçdi, 9-11-ci günlər kəskin qızdırma oldu. Həkimlərlərin nəzarəti ilə müalicə evdə aparıldı. Xəstəxanada aparılan müalicə bizə evdə tətbiq edildi. 15 gündür ki, ailə olaraq evdən çölə çıxmamışıq. Artıq üç gündür ki, qidalanmamız normal vəziyyətə dönüb. Allaha şükürlər olsun ki, bu xəstəliyi də arxada qoymuş sayılırıq. Gələn həftədən işimi də bərpa edəcəm. Demək olar ki, işləmirəm, yazı yazmıram. Bu xəstəliklə mübarizədə ən vacib olan dərmanlardan çox, insanın psixoloji durumunu yaxşı vəziyyətdə saxlamasıdır. Adam özünü gərgin vəziyyətdə saxladısa, bu xəstəliyə özünü təslim etdisə, xəstəlik onun üzərində qələbə çalır. Mən ilk bir neçə gündə onu özümdə hiss etdim. İlk vaxtlar qorxu vardı məndə, düşünürdüm ki, ölə bilərəm. Gördüm ki, bu cür düşündükcə, gərgin olduqca səhhətim lap pisləşir. Sonra həkimlə məsləhətləşdim, özümə də təlqin etdim ki, sadəcə qripin ağır formasına yoluxmuşam, keçib gedəcək. Bundan sonra virusa yoluxan insanlara tövsiyəm odur ki, ruhdan düşməsinlər. ”Xəstəlikdən sağalmaram” düşüncəsinə qapılmasınlar, onda adam lap da pisləşir”.

Müşfiq Ələsgərli: “Avropda media ilə bağlı ciddi problemlər var”

Müşfiq Ələsgərli 

Qeyd edək ki, jurnalistlərin daha çox koronavirusa yoluxma ehtimalını nəzərə alaraq Mətbuat Şurası tərəfindən vaksinasiya prosesinə başlanıb. Bununla bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli “Yeni Müsavat”a bildirdi ki, hazırda proses sürətlə davam etdirilir: “Proses belədir ki, KİV-lər tərəfindən müraciətlər daxil olur, onlar qruplaşdırılır və TƏBİB-ə göndərilir. Jurnalistlər qrup halında dəvət olunurlar. İş çox rahat təşkil olunub, həftə ərzində telefon nömrələri verilir, kontaktlar toplanılır və qrup-qrup peyvəndləmə keçirilir. Vaksinasiya prosesi tam sürətlə aparılır. Təqribən 50-dən yuxarı redaksiyadan müraciət daxil olub. Jurnalistlərin növbəti peyvəndlənməsi birinci gün baş tutacaq. Jurnalistlərimiz kifayət qədər aktivdirlər. Vaksin olunanlar arasında hər hansı neqativ informasiya alınmayıb. Hər kəs özünü yaxşı hiss edir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …