Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Azərbaycanda 512 uşaq şəkərə tutulub

Azərbaycanda 512 uşaq şəkərə tutulub

Hazırda Respublika Endokrinoloji Mərkəzdə (REM) 512 nəfər şəkərli diabetdən əziyyət çəkən uşaq dispanser qeydiyyatındadır.

AzVision.az  xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin direktoru Yusif İsmizadə deyib.

Onun sözlərinə görə, 90 nəfər uşaq REM tərəfindən insulin pompaları və ləvazimatları ilə təmin olunub: “Bütün şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatları, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması Bakı şəhəri ilə yanaşı Respublikanın rayonlarında da həyata keçirilir. Həyata keçirilən işlər çərçivəsində 45 min 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub, 14 397 nəfər şəkərli diabet xəstəsinə insulin terapiyası xidməti təqdim edilir. Bundan başqa, bölgələrdə maarifləndirmə işinin daha yaxşılaşdırılması üçün REM tərəfindən elmi-praktik konfranslar təşkil olunur (Mingəçevir, Xaçmaz, Masallı, Gəncə və basqa bölgələrdə). Eyni zamanda, maarifləndirmə işinin davamı olaraq xəstələrlə, xüsusilə uşaq pasientlərə təlimlər, bundan əlavə Bakı şəhərində fəaliyyət göstərən həkim endokrinoloqlar üçün elmi-praktik konfranslar keçirilir.

Bakı şəhəri poliklinikalarında və bölgələrdə “diabet pəncəsi” xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır.
Qeyd etmək lazımdır ki, REM eyni zamanda diabet xəstələrinin istirahətinin təşkili məqsədi ilə zəruri işlər görür. Mərkəzi Azərbaycan Diabet Liqası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 50 nəfər şəkərli diabetli (tip 1) gənclərin yay düşərgəsinə istirahətini təşkil edib”.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …

Bir cavab yazın