Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “AMAY Abdulla” iki gündür “Asan Xidmət”i və digər ofisləri işıqsız qoyur – Borcunu ödəmədiyi səbəbindən

“AMAY Abdulla” iki gündür “Asan Xidmət”i və digər ofisləri işıqsız qoyur – Borcunu ödəmədiyi səbəbindən

İki gündür ki, “AMAY” ticarət mərkəzinin iş adamı Abdullaya aid olan hissəsinə   elektrik enerjisi verilmir. Söhbət “Asan Xidmət”in də yerləşdiyi sektordan gedir.  Buna səbəb kimi, iş adamı “AMAY Abdulla” ilə “Beynəlxalq bank” arasında yaranan hansısa qalmaqal səbəbindən birincinin bəzi dövlət qurumlarına külli miqdarda borcunun yaranması göstərilir.  Vəziyyət o həddə çatıb ki,  gündəlik minlərlə vətəndaşa operativ xidmət göstərməli olan “Asan xidmət” problemini  müvəqqəti olaraq generator vasitəsilə çözüb.  Qeyd edək ki, Azinforum.az İnformasiya Portalının ofisi də,  məhz elektrik enerjisi ilə bağlı problemin yarandığı sektorda olduğu üçün,  yaranmış situasiya  bizim də  fəaliyyətimiz üçün ciddi problemə səbəb olub.  Deyilən sektorda ofisləri olan şirkətlər bu anlaşılmazlığa kəskin etiraz etsə də, rəhbərlik problemin həll olunmasında  o qədər də maraqlı görünmür.   Ticarət mərkəzinin rəhbərliyinin bu cür məsuliyyətsizliyinə etiraz olaraq, artıq bir neçə şirkətin yaxın günlərdə ofislərini təhvil verib “AMAY”-ı tərk edəcəyi gözlənilir. Qeyd edək ki, sözügedən ticarət mərkəzi “AMAY Abdulla” kimi tanınan iş adamı tərəfindən inşa edilib. Lakin o, yaranmış borcunu ödəyə bilmədiyi səbəbindən bir neçə il əvvəl həbs edildi. Hazırda ticarət mərkəzinin əhəmiyətli hissəsi “Beynəlxalq bank”ın nəzarətindədir.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …