Cümə axşamı , May 2 2024
Ana səhifə / Manşet / Xırdalanda 2 milyonluq abadlıq – 3 ayda 8 milyonluq tender qazanan şirkət kimindir?

Xırdalanda 2 milyonluq abadlıq – 3 ayda 8 milyonluq tender qazanan şirkət kimindir?

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyi Xırdalan şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 
Tenderin qalibi “Xezer-Construction” MMC seçilib. Abadlıq işləri quruma 1 927 615,41 AZN-ə başa gələcək. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. 
Açıq mənbələrdə “Xezer-Construction” MMC haqqında heç bir məlumat yoxdur. 

Rəmzi Binnətov isə Vətən müharibəsi iştirakçısıdır. 2021-ci ildə Yevlax Gənclər Evinin “Facebook” səhifəsində paylaşılan məlumatda bildirilir ki, “Post-travmatik stress pozuntusu” mövzusunda sosial-psixoloq Yusifli Əhməd Murad oğlunun təqdimatında Rəmzi Binnətova “Zoom” proqramı vasitəsi ilə psixoloji yardım göstərilib.
“Xezer-Construction” MMC dövlət satınalmalarında fəallıq göstərir. Şirkət təkcə 2023-cü ildə 8 311 665, 8 AZN dəyərində 6 tenderin qalibi seçilib. 
“Xezer-Construction” MMC bu ilin sentyabrında Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyinin Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması ilə bağlı 1 261.045,32 manatlıq tenderinin qalibi seçilib. Qaynarinfo

Həmçinin oxuyun

16 saylı yataqxananın sakini: “Heyvanı da bura bağlasan, qalmaz”

“Hökumət çarəsizliyimizi görüb bizi ölümə məhkum eləməsin” “Jurnalistlər gəlir, çəkir, gedir icra hakimiyyətindən soruşur, maraqlanır …