Ana səhifə / Manşet / Mən Libre olsaydım?.. – Məhəmmədəli Qəribli yazır

Mən Libre olsaydım?.. – Məhəmmədəli Qəribli yazır

Bunu paylaşan adama 30 sutka inzibati həbs veriblər. Ütəlik də Qərbə bağlı olan şəbəkə belə paylaşımlar edəni “müharibə əlehdarı” olan jurnalist kimi aktiv müdafiə edir. Əvvəla, bu adamın peşəkar jurnalistika ilə hansı əlaqəsi var? Bunu anlaya bilmirəm.

İkincisi, bu cür fəaliyyətin adı “müharibə əlehdarı” anlamına gəlmir. Bu, birbaşa separatizmi və terroru dəstəkləməkdir. Onda isə niyə Prokurorluq və Məhkəmə belə adamla humanist davranır? Məgər, bu əməlin cəzası həqiqətən 30 sutka həbsdir? Hüquqşunaslar yaxşı bilir ki, belə əməllərə görə Azərbaycanın qüvvədə olan Cinayət Məcəlləsinə aid bir neçə ağır maddə ilə cinayət işi açıla bilər.

Hesab edirəm ki, belə adamlarla humanist davranılmasının bir səbəbi də , onların həm də radikal müxalifət tərəfindən birmənalı dəstəklənməsidir. Ölkədə belə bir tendensiya hakimdir: radikal müxalifət və Qərb şəbəkəsi tərəfindən dəstəklənən adamsansa, hətta qız zorlasan belə potensial “siyasi məhbus”san.

Belə adamı birmənalı şəkildə bütün beynəlxalq qurumlar da müdafiə edəcək, hətta dərhal azad edilməsi ilə bağlı sərt tələblər nüfuzlu təşkilatların və dövlətlərin adından verilən bəyanatlara da salınacaq.Bu halı sübut edən ən bariz nümunələrdən biri də Əli Kərimli kimi tanınmış siyasətçinin də Nurlan Librenin fotosunu paylaşıb, ona “müharibə əlehdarı” kimi azadlıq tələb etməsidir.

Məhz bu təzyiqlərdən sığortalanmaq üçün hakimiyyət belə yaramazlara güzəştə gedir və pis presidentin əsasını qoyur. Mən hansı siyasi düşərgəyə yaxınlığından asılı olmayaraq, həbsdə olan jurnalistləri birmənalı müdafiə edirəm.
Ancaq burada məsələ fərqlidir və mövzunun jurnalistika ilə heç bir əlaqəsi yoxdur.

Tam səmimi bir sual edirəm: belə paylaşımı mən etsəydim, Prokurorluq və Məhkəmə mənə hansı cəzanı verərdi? Müxalif qüvvələr məhz Nurlan Librenin paylaşımlarına oxşar mövqeyimə görə məni qınayardl, yoxsa dəstəkləyərdi?

Məhəmmədəli QƏRİBLİ
AZİNFORUM.AZ

Həmçinin oxuyun

Azərbaycanla bağlı sanksiya siyahısında 44 məmurun adı var

Hələlik yeni 3 nəfərin kimliyi məlum deyil Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsi …