Bazar ertəsi , May 13 2024
Ana səhifə / Siyasət / “Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi əhəmiyyət verir”

“Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi əhəmiyyət verir”

“Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ünvanlandığı təbrik məktubunda deyib.

Dövlət başçısı bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən ikitərəfli və çoxtərəfli müstəvidə faydalı əməkdaşlığımız, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz qardaş ölkələrimiz arasında çoxşaxəli əlaqələri səciyyələndirən başlıca amillərdəndir.

Prezidentin sözlərinə görə, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın inkişafında və möhkəmlənməsində Sizin böyük xidmətləriniz var və biz bunu yüksək qiymətləndiririk:

“Siyasi əlaqələrimizin hazırkı səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də energetika və investisiya qoyuluşu sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qarşılıqlı fəaliyyətimizin daha da genişləndirilməsi üçün yaxşı zəmin yaradır. Alternativ və bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihəni əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirirəm. Səudiyyə Ərəbistanına Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə görə minnətdarıq”.

Həmçinin oxuyun

İlqar Məmmədov seçkiyə qatılacağı dairəni açıqladı

“Dünən bir neçə xəbər saytı “qırğın” anonsu verərək, guya Bakının Xətai rayonundan Milli Məclisə namizəd …